YazŞəkil,Video,MahnıYeniləSilFiSebiLiLLEH (03.May 23:51)»
Biz Allahı sadəcə sözdə tanıyır, Onun qüdrətindən isə xəbərsizik. Beləliklə, yanlış inanclarımızı təkrar etdiyimiz üçün uğur qazana bilmirik. Bəs nəticədə nə olur? Allahın bizə diqqət etmədiyini düşünür Ondan küsərək qəlbimiz və fikrimiz kədərlə dolur. Və İşlərin alınmamasını belə təhlil edirik; Allah bizə layiq görmədi... Beləcə, tanımadığımız Allahı borclu çıxardaraq işlərimizin alınmamasının səbəbini O bilirik.. (Bəyən 4
• Fikir 0 ) SilADMİNKA (03.May 23:16)»
Ey Allah, sənsən qəlbimizə haqq yolunu göstərən. İnayətini kar, hidayətini yar elə bizə..Amin.. (Bəyən 3
• Fikir 3 ) SilFirdevs (03.May 22:05)»
İmam Əli deyib Sebr İmanın Yarisidir (Bəyən 5
• Fikir 0 ) SilEsMaM (03.May 20:46)»
Dünya insanların uşaqcasına həyat sürdüyü yerdir. Adətən insanlar ölümdən sonra həddi-büluğa çatırlar. Ölümdən əvvəl buluğ həddinə çatan insanlar başqalarının uşaqcasına yaşadığını görüb əziyyət çəkirlər. ....Ustad Əlirza Pənahyan (Bəyən 8
• Fikir 0 ) SilKERBELA (03.May 18:01)»
Bir gün Xanım Zəhra (s.ə) Hz.Əlidən (ə) soruşdu: Əmioğlu, Aləmin qütbü (dayanacağı, qəlbi) var.? Var Zəhracan... Aləmin qütbü mənəm. Bəs sənin qütbün (qəlbin) var❓ Bəli Zəhracan. Mənim də qəlbim Qurandır. Bəs Quranın qəlbi nədir❓ Quranın qəlbi də Yasin surəsidir. Əli can, bəs Yasinin də qəlbi var? Zəhracan, Yasinin də qəlbi sənsən. Xanım Zəhra (s.ə) başladı ağlamağa: Əmioğlu, mənim ki Allah qatında bu məqamım var, bəs niyə Mədinənin xanımları məni görəndə dindirmirlər, salam vermirlər.Atamdan sonra heç halımı da xəbər almırlar.❓ Hz.Əli də başladı ağlamağa:Ya Zəhra, sənə salam vermirlər.Atandan sonra Mədinə əhli heç mənim verdiyim salamı da almırlar... ! (Bəyən 8
• Fikir 3 ) SilEsMaM (03.May 17:08)»
Allahın zülmündən qorxmayın çünki Allah insana zülm eləməz,özünüz özünüzə zülm etməkdən qorxun. Hz Əli ə (Bəyən 6
• Fikir 0 ) SilFiSebiLiLLEH (03.May 13:28)»
İmam Sadiq (ə) buyurmuşdur: - İki mömin bir-birilə görüşəndə onların (mömin) qardaşına daha çox məhəbbət bəsləyəni daha üstündür. __ (əl-Məhasen, c.1, səh.411, hədis 937) (Bəyən 11
• Fikir 0 ) SilEsMaM (03.May 11:43)»
┈┈ ❁﷽❁ ┈ İmam Kazımdan (ə) belə nəql edir: Ey Sumaə, bir şey dilədiyin zaman de: Allahım! And olsun Sənin yanında izzət və məqam sahibi olan Muhəmməd və Əliyə. Onların bu şəni və məqamlarına xatir mənim filan istəyimi yerinə yetir, çünki elə bir müqərrəb mələk, mürsəl peyğəmbər və qəlbindəki imanı sınaqdan çıxmış elə bir mömin tapılmaz ki, qiyamət günü bu iki şəxsə ehtiyaclı olmasın. Mənbə : Uddətud-dai, səh 52. (Bəyən 8
• Fikir 1 ) SilKERBELA (03.May 11:13)»
Allah Təala bir an nəzərini bizdən çəksə, bizdən heç nə qalmaz. Bir an bizi özbaşına buraxsa, bilinmir bizlər nə olarıq. Öyünməyək ki, biz beləyik, biz eləyik. Nə varımızdırsa Allahdandır. Allah lütf edib ki, hidayət olmuşuq. Lütf etməsəydi, bilinmir necə olardıq. Hidayət olmasa, heç nə yoxdur. Allah insanı yönəltməsə, ona nəzər salmasa, insanın insan olması çox çətin məsələdir. Düzdür, insanın da iradəsi var, o, lütfü başa düşə də bilər, başa düşməyə də bilər. Son seçim həmişə insanındır. (Bəyən 2
• Fikir 0 ) SilKERBELA (03.May 08:27)»
Allaha təvəkkül etmək, susub gizlənmək yaxud hərəkətsiz durmaq deyil. T⬤⃢əvəkkül mübarizə ruhunun bir hissəsidir. Kim Allaha təvəkkül edirsə deməli, həmin şəxs meydandadır. Allah Taalaya təvəkkül edən, Ona söykənən, Onu özünün dayağı bilən və həyatda yeganə təsiredicinin Allah olduğuna inanan şəxs heç bir həyat hadisəsində öz asayiş və dincliyini itirmir. A⬤⃢ncaq Allahdan başqasına söykənən və Allahdan başqalarını təsiredici bilən insan öz rahatlıq və asayişini itirməklə ruh düşkünlüyünə düçar olur, bundan əlavə belə adam gec-tez xar və zəlil olur. 🌹🤲🏻Mübarək Cümə günü xeyirli və bərəkətli olsun sizlər üçün İnşəAllah. (Bəyən 11
• Fikir 4 ) MEDINE.AZ