YazŞəkil,Video,MahnıYeniləSilKERBELA (Dünən 09:25)»
﷽🌹Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar. 📚Furqan surəsi, ayə 13. ✅İnsan qorxulu və məhvedici bir hadisə ilə qarşılaşarkən uca səslə və var gücü ilə fəryad qoparır. Dinsizlərin Cəhənnəmdəki fəryadı belə olacaq. Bu dünyada məzlumların fəryadının ucalmasına səbəb olanlar bilməlidirlər ki, Qiyamət günündə Cəhənnəmdə özlərinin fəryadı ucalacaq. (Bəyən 4
• Fikir 0 ) SilEsMaM (Dünən 07:08)»
┈┈ ❁﷽❁ Əbu Həmzə nəql edərək deyir ki, İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: Siz Cənnət üçün, Cənnət də sizin üçündür. Siz saleh və islah edənlər adlandırılmısınız. Allah sizdәn razı qaldığı üçün siz Allahın razı оlduğu insanlardansınız. Əgər siz yaxşı әmәllәr üçün çalışsanız, mələklər sizin qardaşlarınız olacaq. Fəzailuş-şiə - Sifatuş-şiə, səh 58, hədis 33. (Bəyən 6
• Fikir 0 ) SilFiSebiLiLLEH (Dünən 01:27)»
İs.haq ibn Əmmar İmam Sadiqdən (ə) belə eşitdiyini nəql edir: Göylərdə elə bir mələk və elə bir peyğəmbər yoxdur ki, həzrət Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Allahdan icazə istəməsinlər. Bir dəstə (ziyarət üçün) enər, bir dəstə (isə ziyarət edib səmaya) ucalar. (Kafi, c-4, səh: 588).. Qeyd: Bu istəyin (Allahdan İmam Hüseynin (ə.s) ziyarətini istəməyin) və xahişin sirri nədir? Nə olub ki, yüz iyirmi dörd min peyğəmbər o əzəmətli qəbri ziyarət etməyə bu qədər can atsınlar?! Cavab: Əsas səbəb odur ki, peyğəmbərlər, özlərinin və hədəflərinin diriliyini Kərbəla torpağını bəzəyən və din yolunda öz qanına boyanan mübarək bədəndə görürlər... Hüseyn ibn Əli (ə) ilə din bərpadır. Hüseyn ibn Əli (ə) ilə Tövhid və peyğəmbərlik diridir. Hüseyn ibn Əli (ə) ilə Quran və İlahi hökmlər diridir... (Bəyən 6
• Fikir 3 ) SilKƏRBƏLA_HƏSRƏTİ (01.May 23:01)»
المعلم المتواضع يخبرنا، والجيد يشرح لنا , والمتميز يبرهن لنا , أما المعلم العظيم فهو الذي يلهمنا. Təvazökar müəllim bizi məlumatlandırır, yaxşı müəllim bizə izah edir, əla müəllim bizə sübut gətirir, böyük müəllim isə bizə İlham edir... (Bəyən 7
• Fikir 0 ) SilEsMaM (01.May 22:31)»
Əmirəl-möminin İmam Əli (ə) buyurur : فإنّكُم لو قد عايَنتُم ما قد عايَنَ مَن ماتَ مِنكُم لجَزِعتُم و وَهِلتُم ، و سَمِعتُم و أطَعتُم ، و لكنْ مَحجوبٌ عنكُم ما قد عايَنوا، و قريبٌ ما يُطرَحُ الحِجابُ! Əgər ölülərinizin gördüklərini sizdə görsəydiniz, qərarsız olub və qorxardınız və Allahın sözünə qulaq asıb ona itaət edərdiniz. Lakin, onların gördükləri sizin üçün pərdə arxasındadır və tezliklə bu pərdə aradan qalxacaq. 📚 Nəhcul-bəlağə, 20- ci xütbədən (Bəyən 4
• Fikir 0 ) Sil[_GENC_MUSLİM_], Video Paylaşdi(01.May 21:27)»
Video - [Yüklə - 0.00 B] ....... (Bəyən 5
• Fikir 3 ) SilKERBELA (01.May 18:17)»
Çətinliklər qarşıya çıxdığı zaman Allahı xatırlayıb, rahatlıq zamanı isə Allahı unutmaq insanların çoxuna xas bir halətdir. Bu cür şəxslərdə ikinci təbiət - unutqanlıq və həyat reallıqlarına diqqətsizlik hakimdir. Buna görə də, Allaha və həyat reallıqlarına diqqət, təbiətin fövqündə olan amillərə ehtiyac duyanlar üçün istisna bir hal təşkil edir. Nə qədər ki, həmin qeyri-adi halət mövcuddur, Allahı xatırlayırlar, ancaq elə ki, çətinlik aradan qalxdı, öz yanlış təbiətlərinə qayıdır və Allahı unudurlar.İmanlı şəxslər və həqiqi möminlər o kəslərdir ki, rahatlıqda və bəlada, sağlamlıqda və xəstəlikdə, bolluqda və qıtlıqda, acizlikdə və qüdrət taxtında bir sözlə, hər bir halda Allah-taalanı xatırlayırlar. (Bəyən 6
• Fikir 0 ) SilEsMaM (01.May 16:28)»
Ustad Cavadi Amuli (həfizəhullah) buyurur: Başqaları deyirlər: Gözünüzü açın ki, görəsiz, ancaq məna əhli böyükləri deyirlər: Gözünüzü bağlayın ki, görəsiz, çox şeylərdən gözünüzü yumun ki, qəlb gözünüz açılsın. (Bəyən 5
• Fikir 1 ) SilKERBELA (01.May 15:18)»
HEÇ MÜŞAHİDƏ ETDİNİZMİ ? Bəzən olur dua etmək istəyərkən Allahım deyib və...sonra...bir səssizlik çökür, ağzından tək kəlimə belə çıxmır. Bilirsən niyə ..? ✨Çünki bilirsən ki, səni danışmadan belə anlayan bir Rəbbin var. ✨Sözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir. 📖 Mülksürəsi ayə -13.... (Bəyən 6
• Fikir 0 ) SilADMİNKA (01.May 13:52)»
Islam Peygemberlerinden 4 cusu olan Hz Hud-u diyer Peygemberlerden ferqlendiren ceheti hansi idi ? (Bəyən 2
• Fikir 2 ) MEDINE.AZ